XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2020 - 12:38

1 279 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib – DYP

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 25.07.2020-ci il saat 00:00-dan 27.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1149 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci,  sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 129 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 1 279 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 80-i rayon, 155-i paytaxt istiqamətinə olmaqla 235, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 65-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 175, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 155-i rayon, 140-ı paytaxt istiqamətinə olmaqla 295 avtomobil geri qaytarılıb, ümumilikdə 705 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.