XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

17 Mart 2016 - 14:29

Mərkəzi Bank qarşısında ipoteka qoyulan daşınmaz əmlakla bağlı yeni öhdəlik qoyulacaq –Yeni qanun

bank_main_110110

Azərbaycanda ipoteka qoyulan daşınmaz əmlak ilə bağlı Mərkəzi Bank və ipoteka fondları qarşısında yeni öhdəlik qoyulur.

Bununla bağlı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Mülki Məcəlləyə yeni 148.4-cü maddənin əlavə edilməsi müzakirəyə çıxarılıb.

Maddəyə görə, ipoteka qoyulan daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Mərkəzi Bankı, ipoteka fondları, ipoteka saxlayan banklar və digər kredit təşkilatlarının informasiya sistemləri ilə daşınmaz əmlakın dövlət reyestri arasında əlaqə yaradılır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

APA