XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2020 - 16:47

Açıq Hökumət Platformasından beynəlxalq qurumlara erməni zorakılığı ilə bağlı- BƏYANAT

Azərbaycan Açıq Hökumət Platforması ermənilərin zorakılıq hərəkətləri ilə bağlı beynəlxalq qurumlara bəyanat göndərib. Bəyanat ingilis dilində Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçika XİN-ə, prezident və baş nazirlərin ofislərinə, AŞ, Aİ, ATƏT-ə, onların rəhbərlərinin ofislərinə göndərilib.

Bəyanatda deyilir:

Azərbaycan Açıq Hökumət Platforması Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikada dinc yolla fikirlərini ifadə edən azərbaycanlı aksiya iştirakçılarına, eləcə də Azərbaycanın bu ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin binalarına qarşı erməni diaspora nümayəndələrinin zorakılıq hərəkətləri ilə bağlı Bəyanat qəbul edib.

Bəyanatda qeyd olunur ki, müasir sivil dünyanın normaları üçün insanlara milliyyətinə görə ayrı-seçkilik qoymaq, faşizm davranışlarına göz yummaq, qanun pozuntusuna biganə qalmaq yolverilməzdir.

ABŞ və Avropada keçirlən dinc aksiyalar zamanı soydaşlarımızın erməni diasporu nümayəndələri tərəfindən fiziki zorakılıq, şəxsiyyətin alçadılması, qeyri-insani rəftar halları, aksiya iştirakçılarının linç edilməsinə cəhd edilməsi Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçika dövlətlərini və hökumətləri müvafiq hüquqi qiymət verməli, günahkarlar qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdır.

sərbəst toplaşmaq azadlığı beynəlxalq hüquqla müdafiə olunan və universal xarakterə malik olan azadlıqlar kateqoriyasına aiddir. Ümumdunya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq sənədlərdə təsbit edilmiş bu universal dəyərə hər bir kəs malikdir. Bütün dövlətlər heç bir fərq qoymadam hər kəs üçün bu azadlıqların həyata keçirilməsinə və onun təminatına məsuliyyət daşıyır və daşımalıdır.

Həmçinin beynəlxalq hüquq-müdafiə təşkilatları, eyni zamanda Avropa İttifaqı, Avropa Şurası, ATƏT-in müvafiq strukturları Avropada ksenofobiyanı, etnik zəmində nifaq və düşmənçiliyi təşviq edən, tolerantlıq və multikultralizm dəyərlərini tapdalayan erməni diasporu nümayəndələrinin əvvəlcədən planlaşdırılmış, mütəşəkkil şəkildə həyata keçirilən bu cinayətkar əməllərinə səssiz qalmamalıdırlar. Bu məsələdə prinsipial mövqe tutmaqla Avropanın təşviq etdiyi insan haqlarına, tolerantlıq və multikultralizm-dəyərlərinə sadiq qaldığını nümayiş etdirməlidir.

Azərbaycan Açıq Hökumət Platforması soydaşlarımıza qarşı zorakılıq aktlarının baş verdiyi Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçika dövlətlərini və hökumətlərini üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə əməl edərək, onlarn beynəlxalq hüquq normaları ilə müəyyən edilmiş hüquqlarını təmin etməyə, hüquq pozuntusuna yol vermiş şəxsləri məsuliyyətə cəlb etməyə və digər adekvat tədbirlər görməyə çağırıb. Həmçinin Beynəlxalq Hüquq Müdafiə Təşkilatlarını Ermənistan Respublikasının və ABŞ, Avropa ölkələrində erməni diasporu təşkilatlarının azərbaycanlılara qarşı cinayətkar addımlarına müvafiq qiymət verilməsinin vacibliyi qeyd edilib.