XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2020 - 21:04

Rəsmi Bakı silah satışı ilə bağlı Serbiyadan cavab gözləyir –Deputat

“Azərbaycan Ermənistana silah satışı ilə bağlı Serbiyadan rəsmi cavab gözləyir”.

Bunu Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib. O bildirib ki, silahın ixracına Serbiyanın müvafiq nazirlikləri tərəfindən icazə verildiyib artıq məlumdur:

“Silahın ixracını həyata keçirən isə çox güman ki, Serbiyada fəaliyyət göstərən silah mafiyasıdır. Onların erməni mafiyası ilə çox ciddi əlaqələri var. Mətbuatda isə məlumat var ki, ermənilərə silah satan mafiya Rusiya və digər ölkələrin istehsal etdiyi silahların dünyada satışını təşkil edən bir qrup mafiya ilə əməkdaşlıq edir. Mənə elə gəlir ki, faktların dünyaya çatdırılmasına ehtiyac var. Çünki bu cinayətkar qruplaşmaların silah satışı nəticəsində mülki şəxslərin ölümü baş verir. Dünyanın gərgin bölgələrində təhlükəli qruplaşmalara, terrorçulara silah satışı həyata keçirdikcə onların əsas qurbanları mülki əhali olur. Mən düşünürəm ki, beynəlxalq təşkilatlar bu istiqamətdə ciddi addımlar atacaqlar. Serbiyanın araşdırmasından sonra rəsmi mövqeyi ortaya qoyulduqda Azərbaycan da öz siyasətindən irəli gələn addımları atmalıdır”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə etməsi rəsmi Bakının narazılığına səbəb oldu. (modern.az)