XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2020 - 22:59

Oğuza istirahətə gedənlər cərimələnib –DİN

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları  tərəfindən avtonəqliyyat vasitələri saxlanılıb,  yoxlanış zamanı bəzi sürücü və sərnişinlərin xüsusi karantin qaydalarını pozaraq, istirahət məqsədilə rayona gəldiyi aşkar edilib. Qaydaları pozduqları üçün 4 nəfər barəsində protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimələnib.