XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

17 Mart 2016 - 16:38

“Azərbaycanda bəzi iqtisadi problemlər mediaya da təsir edib” –Əli Həsənov

eli-hesenov1

"Azərbaycanda bəzi iqtisadi problemlər mediaya da təsir edib. Bu, məsələ Prezident İlham Əliyevin diqqətindədir".

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

O bildirib ki, dövlət başçısı daim kütləvi informasiya vasitələrinə dəstək verib: “Düşünürəm ki, bundan sonra da belə olacaq. Hər bir insan problemlərinin həllini dövlətdən gözləyir. Azərbaycan dövləti də bu problemi həll edir, buna qadirdir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu məsələlərə toxunub”.