XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

31 İyul 2020 - 12:00

Balakəndə yeni məktəb tikiləcək –Sərəncam

Prezident İlham Əliyev Balakən rayonunun Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Balakən rayonunun Yeni Şərif kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.