XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2020 - 12:31

Meliorasiya və Su Təsərrüfatına 700 min manat ayrılıb –Sərəncam

Prezident İlham Əliyev Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Balakən rayonunun əhalisi 49945 nəfər olan 10 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

№-si Yaşayış məntəqələri Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

Gərəkli kəndi 1 5489
Hənifə kəndi 1 6690
Xalatala kəndi 1 2984
İtitala kəndi 1 2523
Qaysa kəndi 1 3784
Qazma kəndi 1 7538
Qullar kəndi 1 5560
Şambul kəndi 1 2707
Talalar kəndi 1 6157
Tülü kəndi 1 6513
Cəmi 10 49 945