XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2020 - 13:52

Hərbi həkim xəstəlikdən vəfat edib –MN

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – nazirlikdən bildirilib.

Allah rəhmət eləsin!