Koronavirus pandemiyası ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün dövlət büdcəsindən əlavə 238 milyan manat vəsaitin yönəldilməsi proqnozlaşdırılır.
Bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində bildirilib.