“Bu gün hökumətlə iclas keçirdik və onlara ilkin tövsiyələrimizi verdik. Missiyanın hesabatı bir neçə həftədən sonra hazır olacaq”.
Bu fikirləri ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Onun sözlərinə görə, həmin sənəd qiymətləndirmənin ətraflı təsvirini, ÜST-nin lazım olduqda əlavə yardım göstərə bilməsi ilə bağlı məlumatlarını və tövsiyələrini özündə ehtiva edəcək.