XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2020 - 17:42

“Azərbaycanda COVID-19-la mübarizədə ciddi irəliləyişlər əldə olunub” –ÜST

“Azərbaycanda COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərində ciddi irəliləyişlər müşahidə etdik”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Ofisində Səhiyyə məlumatları üzrə departamentin müdiri David Novillo Ortiz deyib.

Onun sözlərinə görə, ÜST-nin mart ayında ölkəyə səfər etmiş missiyası əlli səkkiz tövsiyə hazırlayıb: “Bunun da təxminən üçdə ikisi tam və ya qismən yerinə yetirilib”.

David Novillo Ortiz qeyd edib ki, pandemiya davam etdikcə yeni çətinliklər ortaya çıxır: “Epdemioloji nəzarət, test strategiyası və məlumatların hərtərəfli analizinin təkmilləşdirilməsi ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi də daxil olmaqla, sübut əsaslı qərarlar qəbul etməyə kömək edəcəkdir”. (report)