XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

31 İyul 2020 - 19:29

“Hazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur” –TƏBİB

“Əgər lazm olarsa, daha çox həkimləri cəlb etməyə çalışacağıq. Ancaq hazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur. Xaricdən həkimlərin gətirilməsi dövlətin təşəbbüsü ilə təcrübələrin bölüşdürülməsi üçün edilib”.

Bu fikirləri TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva ÜST-nin missiyasının yekunlarına dair keçirilən virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün dünyada belə praktika var: “Koronavirus xəstəliyi yeni olduğundan ölkələr içərisində fərqli müalicə yanaşmaları var. Ölkəmizə xaricdən gələn həkimlərlə bərabər iş başında praktikanın bölüşdürülməsinə, öyrənilməsinə çalışılır. Virusun özünün necə aparacağını və hansı ölkədə necə olacağını demək mümkün deyil. Biz hazırlıqlı olmağa çalışırıq”. (report)