“Çimərliklərin və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər bu gün müzakirə mərhələsindədir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir: “Qərar qəbul olunan kimi, Operativ Qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək”. (apa)