“Azərbaycanda çox az zamanda xəstəxanalarda çarpayı sayı artırıldı”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, koronavirusla mübarizə sahəsində Azərbaycanın gördüyü işlər diqqətəlayiqdir: “Bu, çox böyük uğurdur. Laboratoriya sayında da kifayət qədər artım müşahidə edildi. Artan laboratoriyalarda keyfiyyətə nail olunması əsasdır. Hər görülən işin bundan daha yaxşı olması üçün hökumətlə məsləhətləşmələr aparırıq”. (apa)