XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

17 Mart 2016 - 23:10

Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti alındı –Prezident fərmanı

ziya memed.jpg

Bu gün Prezident İlham Əliyev Nəqliyyat Nazirliyinin əsasnaməsində dəyişiklik edən daha bir fərman imzalayıb. 

Fərmana əsasən, bundan sonra Nəqliyyat Nazirliyinin nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı ilə bağlı və qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat-yol kompleksinin dövlət müəssisə və təşkilatlarının əsas vəsaitlərinin balansdan balansa verilməsinə dair rəyi Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla veriləcək.

İndiyədək nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı ilə bağlı və qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat-yol kompleksinin dövlət müəssisə və təşkilatlarının əsas vəsaitlərinin balansdan balansa verilməsinə dair rəy vermək səlahiyyəti yalnız Nəqliyyat Nazirliyində idi.