XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 03:16

Tofiq Yaqublu evə buraxıldı:"Bizə yaşadılan bu sitəmin hesabını sormaq lazımdı"

tofiq-2

 

Vicdan məhbusu Tofiq Yaqublu artıq evindədir və prezidentin verdiyi əfv fərmanının onunla bağlı hissəsi operativ həll olunub. 

Strateq.az bildirir ki, bu barədə məlumatı musavat.com-a vicdan məhbusunun qızı Nigar Yaqublu verib. 

Qeyd edək ki, prezidentin 17 mart tarixli Əfv sərəncamının icrası 18 mart sabahına gözlənirdi. Lakin tanınmış siyasi dustaqlar gecə saatlarında evlərinə buraxılıb.

Müsavat başqanının müavini Tofuq Yaqublu azadlığa çıxması ilə bağlı musavat.com-a danışıb.

T.Yaqublu deyib ki, hər əfv sərəncamında adının siyahıya düşməsini gözləyirmiş: "Bu dəfə də ümidliydim, amma illüziyaya da qapılmamışdım. ANS-in xəbərlərini izləyib qayıdanda dustaqlardan biri mənə yaxınlaşıb dedi ki, adın əfvə düşüb. Sonra da təəccüblə niyə sevinmədiyimi soruşdu. Mən digər dostlarımızın – Xədicə İsmayılın, İntiqam Əliyevin, İlqar Məmmədovun azadlığa buraxılmamasına çox üzülürəm. Təsəvvür edin, İlqar Məmmədovla eyni ittihamla həbs olunmuşuq, məni buraxırlar, onu yox. Bu, absurddu".

T. Yaqublu bildirib ki, siyasi mübarizəsini əvvəl olduğu kimi davam etdirəcək: "Kimsəyə təşəkkür etmək fikrim yoxdu. Əksinə, bizə yaşadılan bu sitəmin, qanunsuz həbsimizin hesabını sormaq lazımdı. Axı bizi niyə qanunsuz yerə, günahımız olmadan həbs etmişdi bu iqtidar?! Əgər indi əfv verirdisə, bütün siyasi məhbuslara şamil edilməliydi".