“Dövlət tərəfindən koronavirus pandemiyası başlayandan vətəndaşlara dəstək paketləri davam etdirilir və bundan sonra da davam etdiriləcək”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, işçi saylarında azalmaya yol verilməməsi xüsusi diqqətdədir.
Hacıyev dünya üzrə 60 milyondan çox insanın yoxsulluğun ən aşağı həddinə düşəcəyini bildirib: “Dünyada 100-dən artıq ölkəyə yardımlar edilib. Dünya ölkələri borclanmaya gedir. Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkəmiz borclanmaya getmir. Əksinə, vətəndaşlarımızın iqtisadi baxımdan dəstəklənməsi üçün xüsusi paketlər verilməkdədir”. (apa)