XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 August 2020 - 20:39

“BMT Baş Assambleyasının xüsusi sessiyası bir günlük tədbir deyil, sessiya 1 il də davam edə bilər” –Hikmət Hacıyev

“BMT Baş Assambleyasının xüsusi sessiyası 1 günlük tədbir deyil. Bu sessiya 1 il də davam edə bilər”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu sessiyanın gündəliyi artıq müəyyənləşib: “Xüsusi sessiyanın gündəliyi bilavasitə COVİD-19-a həsr olunub. Artıq BMT Baş Assambleyasının prezidenti tərəfindən aidiyyəti işlər aparılmaqdadır”. (apa)