XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

03 Avqust 2020 - 18:47

“Sərt karantin rejiminin götürülməsi ilə bir sıra xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur” –Hikmət Hacıyev

Avqustun 5-dən ölkənin bir sıra şəhər və rayonlarında sərtləşdirilmiş karantin rejiminin qismən aradan götürülməsi ilə Təhsil Nazirliyində müəllimlərin işə qəbul imtahanları və müxtəlif lisey və gimnaziyalarda qəbul imtahanları, Dövlət İmtahan Mərkəzi tərəfindən isə xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi planlaşdırılır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu, müəyyən qrafik üzrə keçiriləcək: “Əlavə olaraq təhsil müəssisələrində müvafiq gigiyena-sanitar qaydalara əməl etmək şərtilə vətəndaşların müraciətləri əsasında müvafiq arayışlar və sənədlərin verilməsinə icazə verilir”. (apa)