“İctimai nəqliyyatla bağlı məsələlərdə digər dövlətlərin təcrübəsinə baxılıb”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, ölkəyə gələn xarici ekspertlərlə də bu məsələ müzakirə edilir: “Burada metronun ventilyasiya sistemi ilə bağlı məqamlar var. Yeraltı yerlərdə virusun yayılması daha da sürətlənə bilər. Ona görə də Bakı Nəqliyyat Agentliyinin qarşısında bununla bağlı müəyyən tələblər qoyulub”. (apa)