XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2020 - 09:47

SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olundu- Bu gündən

Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi 2020-ci il 5 avqust saat 06:00-dan etibarən ləğv olunub.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qeyd edək ki, Operativ Qərargahın qərarına əsasən, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunub.