XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 March 2016 - 11:49

Kürdlərin federativ bölgə qərarınaABŞ, Rusiya, Suriya və Türkiyə qarşı çıxdı

160317023558_kurds_624x351_reuters_nocredit

Suriya kürdlərinin ölkənin şimalında federativ bölgə yaratmaq qərarına ABŞ-dan reaksiya gəlib.

Birləşmiş Ştatlar Suriya daxilində özünüidarə sistemi elan etmiş bölgələri tanımadığını bəyan edib. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib ki, Vaşinqtonun istəyi vahid və parçalanmamış Suriyanın mövcudluğudur. 

Suriya hökuməti bu qərarın hüquqi qüvvəyə malik olmadığını, Türkiyə rəhbərliyi isə federallaşma haqqında birtərəfli qərara qarşı olduğunu bəyan edib.

Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov "İnterfaks" agentliyinə deyib ki, Moskva Suriyanın birtərəfli şəkildə federallaşması haqqında qərarı dəstəkləmir.

Xatırladaq ki, bu qərar Suriyanın Rmeilam şəhərində danışıqlardan sonra qəbul olunub. Qərara əsasən, yeni federal quruma kürdlərin nəzarət etdiyi üç muxtar bölgə daxil olacaq.