XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

07 Avqust 2020 - 13:23

Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub, 7 nəfər xəsarət alıb –FHN

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin saytının verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir, tam söndürülməsi istiqamətində işlər aparılır. 

Yanğında yeddi nəfər xəsarət alıb.