XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2020 - 16:52

Radikallığı təbliğ edən 21 adda kitabın ölkəyə gətirilməsinin qarşısı alınıb –Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Bu ilin yanvar-iyun ayları ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 1 732 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 21 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.

O bildirib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 73 adda dini ədəbiyyata baxılaraq, onlardan 1-nin çapı məqsədəuyğun sayılmayıb: “Həmçinin 176 adda (253 321 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq mühafizə orqanları Dövlət Komitəsinə göndərilən 115 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallardan 26-sının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edib. Eyni zamanda ötən dövr ərzində 3 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib”.