XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 14:36

İraq ordusunun 130 milyard dolları “ərşə çəkilib”

Irak Ordusu'nda 130 milyar dolarlık yolsuzluk

 

Bütün korrupsioner rejimlərin qidalandığı əsas sahələrdən biri də hərbi xərclərdir. Hərbi xərclərin gizli tutulması, maliyyə hesabları üzərinə qoyulan “dövlət sirri” əngəlləri müdafiə büdcəsini ən yaxşı pul mənimsəmə vasitəsinə çevirir. İraq Müdafiə Nazirliyi büdcəsində ortaya çıxan yeyinti halları bunun ən bariz örnəklərindəndir.

Strateq.az xəbər verir ki, İraq ordusunda inanılmaz mənimsəmə faktı aşkarlanıb. İddiaya görə, son 10 il ərzində İraq ordusunun silahlanması üçün 150 ​​milyard dollar vəsait xərclənib. Ancaq bu vəsaitin yalnız 20 milyard dolları sənədli-sübutludur. Qalan 130 milyarddan isə xəbər yoxdur. Sənədli  xərclərin böyük hissəsi belə şişirdilmiş fakturalardan ibarətdir.

İraq parlamentinin təftiş komitəsinin üzvü Adil Nuri bu barədə məlumat verərək, 130 milyard dolların “itkin düşdüyünü” açıqlayıb. Nuri Müdafiə naziri Xalid əl-Ubeydinin istefaya göndərilməsini tələb edib. İraqın Baş naziri Heydər əl- İbadinin də yeyinti faktını ört-basdır etməyə çalışdığına inanan təftişçi deputat Macarıstan, Bolqarıstan, Ukrayna və Çexiyadan alınan silah satışı müqavilələrində qiymətlərin dörd qat şişirdildiyini iddia edib.

İraqın baş naziri vəzifəsini Nuri əl Malikidən təhvil alan Heydər İbadi korrupsiyaya qarşı mübarizə vədiylə hakimiyyətə gəlmiş, amma bürokratik maneələrlə üzləşmişdi. Bir müddət əvvəl isə Maliki dövrünün 10 naziri korrupsiyada günahlandırılaraq həbs atılmışdı.

Maliki dövrünün nazirləri “itkin düşmüş” vəsaitin bir qisminin Haşdi-Şabi birliklərinin maliyyələşdirildiyinə sərf olunduğunu irəli sürürlər. Amma bu maliyyələşmə iddiasında ortaya qoyulan rəqəmlər mənimsəmənin 10%-ni belə təşkil etmir.

Haşdi-Şabi birlikləri şiə könüllülərindən ibarət silahlı dəstədir və dünyaca məşhur ayətullah Sistaninin xeyr-duasıyla yaradılıb. Sabit korrupsioner nazirlərin iddiaları doğrudursa, “qeydə çəkilən” 130 milyard dolların müəmmalı taleyində Sistaninin də hansısa rolu ola bilər. Görünür, məhz bu səbəbdən də İraq şiələrinin digər liderlərindən olan  və Sistaniyə qarşı müxalif mövqeyiylə seçilən Müqtəda əs-Sədr  problemin üzərindən keçmək istəmir, məsələni hər vəcdlə gündəmə gətirməyə çalışır.

Son zamanlar  Müqtəda əs-Sədrin öz tərəfdarlarını korrupsiyaya qarşı mübarizə tələbləriylə meydanlara çağırması, 100 minlərlə etirazçının iştirakı ilə keçirilən siyasi aksiyalarda aktiv yer tutması təsadüfi deyil. Sədrin çağırışıyla növbəti aksiyanın bu gün keçirilməsi gözlənilir.

Müdafiə xərcləri adı altında hər il 10 milyardlarla pulu “qeybə çəkilən” iraqlıları bu gün ən çox bir məsələ düşündürür: “İraqın tək orduya xərclədiyi pul belə İŞİD-in dövlət büdcəsindən dəfələrlə çoxdur. Bununla belə, ölkənin hardasa yarısı İŞİD-in əlindədir. Onların fikrincə, müdafiə xərclərinin kiçik bir qismi belə, İŞİD-lə mübarizəyə sərf olunsaydı, indi “xilafətçilərdən” əsər-əlamət qalmazdı.

Görünən budur ki, İŞİD-in varlığı müdafiə xərclərinin daha rahat mənimsənməsi üçün bütün hakimiyyətlərə hava-su qədər lazımdır. Bəlkə də elə bu səbəbdən “xilafətçilərə” qarşı effektli mübarizə aparmaq da indiyə qədər mümkün olmayıb.

Heydər

Strateq.az