XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2020 - 21:37

Yaslarda iştiraka icazə, rayonlara və xaricə giriş-çıxış belə olacaq –Yeni qaydalar

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçiriləcək. 

Strateq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.

Beləliklə:

– Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

– Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

– Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.