XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

07 Avqust 2020 - 23:44

SOCAR-dan partlayış baş verən qaz kəməri ilə bağlı –AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov  qaz boru kəmərində baş verən partlayışı təsdiqləyib.

İbrahim Əhmədov qeyd edib ki, magistral boru kəmərləri yaşayış məntəqələrindən aralı keçir və buna görə qəza nəticəsində əhali üçün hər hansı təhlükə yaranmayıb, xəsarət alan yoxdur:

“D 720 millimetrlik Qalmaz-Qazimməməd 2-ci xətt qaz kəmərinin 23-cu kilometrliyində  saat 20:55 radələrində qəza hadisəsi baş verib. Qaz kəməri 1975-ci ildə istismara verilib.

Bu kəmər daxili paylama sisteminə işləyir. Digər magistral qaz kəmərləri ilə əlaqəsi yoxdur. Hadisə lokallaşdırılıb , xətti kranlar her iki tərəfdən baglanıb, şam kranlari açılıb, alov demək olar ki, söndürülüb. Hadisə nəticəsində ölkəmizin heç bir yerində qaz təchizatında məhdudiyyətlər gözlənilmir. Bütün strateji obyektlər qazla təmin olunur”.