XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 August 2020 - 12:06

Azərbaycan-Türkiyə birgə taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib –VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib.

Strateq.az Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, təlimin bu mərhələsində xüsusi təyinatlılar helikopterlərlə müəyyən edilmiş ərazilərə çatdırılma, müxtəlif relyefli ərazilərdən gizli keçməklə vacib strateji və hərbi obyektlərə basqın etmə, həmçinin əlverişli mövqelərin tutulması üzrə təlim-döyüş fəaliyyətlərini məşq ediblər.