XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 16:09

Azərbaycanlı girov məktub yazdı:"Ona deyin ki, çox darıxmışam”

dilqem-1

Ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub yazıb.

Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. 

D.Əsgərov məktubunda vəziyyətinin yaxşı olduğunu yazıb: “Narahat olmayın, vəziyyətim normaldır. Həbsxanada bizə su və çörək verirlər. Məndən hamıya salam deyin”.

Kəlbəcər girovu kürəkəninə yazdığı məktubda nəvəsi üçün darıxdığını qeyd edib: “Nazlımı çox istəyirəm. Ona deyin ki, çox darıxmışam”.

Xatırladaq ki, ötən ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Qanunsuz “məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. 

Strateq.az