XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

09 Avqust 2020 - 17:35

Çində yayılan yeni SFTS virusu… –Alimlər COVID-19-la fərqini araşdırır

Rusiyanın Novosibirsk Dövlət Tibb Universitetinin Daxili Xəstəliklərin Müalicəsi fakultəsinin dosenti Vladislav Mitroxin bildirib ki, Çində yayılan yeni SFTS virusu koronavirusdan daha az təhlükəlidir.

Bu barədə “Report” “Qazeta.ru”ya istinadən xəbər verir.

“Hələlik ki yeni virus haqqında məlumatlar çox azdır. Yalnız bu məlumdur ki, onda koronavirusdan fərqli olaraq, mədə-bağırsaq ağırlaşmaları mövcuddur. Amma düşünürəm ki, koronavirus və qrip virusu daha çox təhlükəlidir”, – dosent deyib.

Həkim qeyd edib ki, elmdə bununla bağlı narahatlığın olub-olmaması ilə əlaqədar hələ tam təsəvvür yoxdur.

Mitroxinin sözlərinə görə, bir həftə ərzində virus haqqında daha çox şey məlum olacaq.