XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 August 2020 - 10:27

Son bir həftədə koronavirusa yoluxma sayı belə azalıb –İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 

Son bir həftədə Azərbaycanda COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə olunur.

Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi infoqrafika yayıb.

Qeyd olunub ki, avqustun 3-də qeydə alınan yoluxma sayı 241 olubsa,  avqustun 9-da bu rəqəm 87-yə düşüb.

Xatırladaq ki, bu gün üçün ölkədə 2 714 aktiv koronavirus xəstəsi var.

Bu günə qədər isə koronavirusa yoluxanların sayı 33 568 nəfər təşkil edib ki, onlardan 30 364 nəfəri artıq sağalıb. Ümumilikdə, 490 nəfər dünyasını dəyişib.