XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 07:31

Yanan bina ilə bağlı qərar veriləcək – İcra başçısı açıqladı

Hacıbala Abutalıbov yanan binanın aqibəti haqqında danışıb.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Haclbala Abutalıbov yanan bina ilə bağlı ekspertiza aparıldığını deyib:

“6-cı günə qədər binaya müsbət rəy veriləsə, yaşayış üçün təhlükə olmazsa, təmirinə başlanılacaq. Yox, əgər mənfi rəy verilərsə, bina söküləcək, əvəzinə yeni bina tikiləcək. Sakinlərə tam təmirli, mebellə təmin olunmuş halda təhvil veriləcək”.

Qeyd edək ki, yanğından zərər çəkmiş sakinlərin bir qismi koteclərə və digər binalara yerləşdirilib. Onlara birgünlük 1000 manat məbləğində yardım göstərilib.