XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

13 Avqust 2020 - 18:06

Zaxarova:"Belarusdakı iğtişaşlarda “rus izi” axtarmaq əsassızdır"

“Rusiya ilə Belarus arasında nifaq salmaq istəyənlər müvəffəqiyyətsizliyə düçar olacaqlar”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Belarusda prezident seçkiləri ərəfəsində saxlanılan rus vətəndaşlarla bağlı problemə tezliklə aydınlıq gətiriləcək.

“Artıq saxlanılan rus jurnalistlərin əksəriyyəti azad edilib. Rusiya Belarusdakı vəziyyətin tezliklə stabilləşəcəyinə ümid edir”, – deyə XİN rəsmisi qeyd edib.

M. Zaxarova Belarusdakı iğtişaşlarda “rus izi” axtarmağın əsassız olduğunu da vurğulayıb/APA.