XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Avqust 2020 - 19:53

Şabranda 9 nəfər karantin qaydalarını pozduğuna görə cərimələnib –DİN

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, marketlərdə və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən karantin rejiminə əməl olunması məqsədi qapalı məkanlarda və iaşə obyektlərində həyata keçirən reydlər nəticəsində sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Reydlər zamanı rayon ərazisində qaydaları pozan bir ticarət mərkəzinin və bir iaşə obyektinin sahibi olmaqla ümumilikdə 9 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə ediliblər.