XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2020 - 18:51

“Eldar Həsənovla bağlı qərardan apellyasiya şikayəti veriləcək” –Adil İsmayılov

Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsindəki məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək. 

Bunu E.Həsənovun vəkili Adil İsmayılov “AzPolitika.info”-nun sorğusuna cavabında bildirib.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, dünən Eldar Həsənovun Bakıdakı mənzilində axtarış aparılıb.

Keçmiş Baş prokurorun istintaqa ifadə verməkdən imtina etdiyi də bildirilir.

Xatırladaq ki, avqusutun 14-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb./Azpolitka.info