XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2020 - 18:38

Müxalifət tərəfdarları Lukaşenkonun mitinqinə doğru irəliləyirlər –FOTO

Belarusdakı müxalifət tərəfdarları kiçik qruplarla Minskdə Prezident Aleksandr Lukaşenkoya dəstək mitinqinin keçirildiyi meydana tərəfə gedirlər.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Agentliyin mitinqdə iştirak edən əməkdaşı bildirib ki, meydan tədricən insanlarla doldurulur, təxminən 5 min nəfərin iştirak etdiyi bildirilir. Müxalifətin tərəfdaşlarının az olduğu qeyd olunub, onların bəzi nümayəndələri şüarlar səsləndirirlər.

Meydana gələnləri müayinə edən asayiş keşikçiləri isə, müxalifətə mane olmur.

Mitinqdə vətənpərvərlik mahnıları səsləndirilir.

Qarşıdan gələn mitinq iştirakçıları ölkədəki barışın tərəfdarı olduqlarını bildirirlər. Mitinqə gələn “Bellegprom” konserninin rəhbəri Tatyana Lugina bunları bildirib:

“Mən hakimiyyət və etirazçılar arasında konstruktiv dialoqun tərəfdarıyam. Əminəm ki, bölgələr Lukaşenkoya səs verdilər, qohumlarım ucqar rayonlarda yaşayırlar və siyasətdən uzaqdırlar, siyasi xəbərləri oxumurlar”.

Qeyd edək ki, Belarsda prezident seçkiləri avqustun 9-da baş tutub. MSK-nın son məlumatlarına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 80,1% səslə seçkini qazanıb. 10,12% səslə ikinci yeri Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya tutub. O, seçkinin nəticələrini tanımayıb.

Azpolitika.info