XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 11:18

“Təyyarə yerə toxunan kimi parçalandı”- Rusiya İstintaq Komitəsi cinayət işi başlatdı 

1779072

Rusiya İstintaq Komitəsi Rostov-na-Donu aeroportunda baş verən təyyarə qəzası ilə bağlı cinayət işi başladıb. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, komitənin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, cinayət işi «hava nəqliyyatının təhlükəsizlik qaydalarının pozulması» maddəsi üzrə açılıb. 

Markin istintaqın hansı versiyalar üzərində işlədiyini və kimlərin şübhəli şəxs qismində işə cəlb ediləcəyini açıqlamayıb.

İlkin versiyaya görə, qəzaya ekipaj üzvlərinin pis hava şərtlərində səhvə yol verməsi səbəb ola bilər. Komitə rəsmisinin sözlərinə görə, təyyarə yerə toxunan kimi parçalanıb. 

Hadisə yerinə İstintaq Komitəsinin rəis müavini və kriminalistlər də gəlib. 

Xatırladaq ki, dünən gecə saatlarında baş verən qəzada təyyarədəki 62 nəfərin hamısı həlak olub.