XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

17 Avqust 2020 - 16:36

“Təhsilin adi qaydada davam etməsi müəyyən risklər yarada bilər” –Nazir

Avqustun 17-də Milli Məclisin Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda konfransı keçirilib. 

 Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfransda dünyanı bürümüş COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.

 Bildirilib ki, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilib.

Onlayn çərçivədə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev çıxış edərək təhsil sahəsində koronovirus pandemiyası ilə əlaqədar yaranan problemlərdən çıxış yollarının müzakirəsinə həsr olunmuş bu tədbirə və məsələyə həssas yanaşmaya görə Milli Məclis  rəhbərliyinə, deputatlara təşəkkürünü bildirib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Təhsil naziri Emin Əmrullayevə bu təşəbbüsə görə öz minnətdarlığını bildirib və Milli Məclisin Sədri Sahibə Qafarovanın nazir təyin olunması münasibəti ilə Emin Əmrullayevə təbriklərini çatdırıb, ona bu çətin və məsuliyyətli işində uğurlar arzulayıb.

 Sonra nazir çıxışına davam edərək deyib ki, hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir. Ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır. Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVID-19-a yoluxma  sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verin. Təhsilin adi qaydada davam edərsə insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb, bunun müəyyən risklər yarada biləcəyini qeyd edib.

 Nazir növbəti tədris ili üçün  təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun  verdiyi təklifləri səsləndirdi. Qeyd   edildi ki,  “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalarda  təhsilin bütün davamiyyət  formaları  barədə araşdırmalar  aparılıb və təkliflər verilib.

Bildirildi ki, Təhsil İnstitutunun verdiyi tövsiyələrdə tədrisin məsafədən təşkili,  qarışıq (onlayn və sinif otağında) modellərinin tətbiqi yolları nəzərdə tutulur. Yoluxma risklərinin minimuma  endirilməsi üçün umumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının  azaldılması kimi  tədbirlər  nəzərdə tutulur.  Tənəffüs  fasilələrinin  uzadılaraq şagirdlərin  açıq  havada  çox vaxt  keçirməsi  məqsəduyğun  hesab edilir.

Komitə  sədri  Bəxtiyar Əliyev  də çıxışında   indiki məqamda  qarışıq təhsil modelinin (onlayn və sinif otağında) daha  məqsəduyğun  olması  ehtimalını dilə gətirdi.  O,  11 mart 2020-ci il tarixindən  fəaliyyətə  başlamış  əksər  fənlər  üzrə ölkənin iki telekanalında  dərslərin yayımının  şagird  və tələbələr  üçün çox  faydalı olduğunu  və bunun davam etdirilməsinin  zəruriliyini  qeyd  etdi.  Bəxtiyar Əliyev  həmçinin ümumi  təhsil,  məktəbəqədər  təhsil,  ali və orta  ixtisas  təhsili, peşə  təhsili, məktəbəhazırlıq  prosesinin  davam etdirilməsi  ilə bağlı  fikirlərini  açıqladı.  Qeyd  olundu ki,  bəzi ümumi, ali və orta ixtisas təhsilinin  müəyyən pillələrində  distant  təhsil forması  mövcud  proqramlara uyğun davam etdirilə bilər.

Onlayn konfransda millət vəkilləri İsa  Həbibbəyli, Anar İsgəndərov, Musa  Qasımlı, Etibar Əliyev, Aqiyə  Naxçıvanlı, Müşfiq Məmmədov,  Şahin Seyidzadə, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, Tamam Cəfərova, Fatma Yıldırım, Ülviyyə Ağayeva Təhsil İnstitutunun verdiyi  təkliflərlə  bağlı fikirlərini bildirdilər.

Onlayn  tədbirin sonunda təhsil naziri Emın Əmrullayev  və  komitə  sədri Bəxtiyar Əliyev millət  vəkillərini maraqlandıran   bəzi məqamlara  aydınlıq  gətirdilər.