Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Rostov-Don aeroportunda baş verən və 62 nəfərin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib:
"Hörmətli Vladimir Vladimiroviç, Rostov-Don aeroportunda “Boeing 737-800” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".