XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2020 - 22:08

Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlanıb –TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 17-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 153 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 836 908 test aparılıb. Aktiv xəstə sayı 1 793 nəfərdir, onlardan 202 nəfər reanimasiyadadır, 31 nəfər isə süni tənəffüs aparatına qoşulub.