XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 10:25

Prezident səfərini təxirə saldı – Əli Həsənov səbəbini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-22-də Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa Sammitində iştirak edə bilməyəcək.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O, qeyd edib ki, birinci Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığına və bu mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, Azərbaycan Prezidentinin qrafiki həddən artıq sıxlaşıb: “Buna görə də dövlət başçısı sammitdə iştirak edə bilməyəcək”.

Prezidentin köməkçisi bildirib ki, Riqa Sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər.