XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 Avqust 2020 - 22:09

Tramp Putinlə müzakirə aparacaq:"Belarusdakı vəziyyətlə bağlı Rusiya ilə danışacağıq"

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Belarusdakı vəziyyəti müzakirə etmək niyyətində olduğunu deyib.

Bu barədə Donald Tramp ABŞ-da qadınlara səsvermə hüququnu verən 19-cü düzəlişin 100 illiyi ilə bağlı mərasimdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mən demokratiyanı sevirəm. Görünən odur ki, Belarusda demokratiya azdır. Biz bununla bağlı müzakirələr aparırıq. Uyğun zamanda Belarusdakı vəziyyətlə bağlı Rusiya ilə danışacağıq. Həmçinin, bu məsələyə daxil olan digər tərəflərlə də danışacağıq.

Belarusda bizim ölkədən fəqli olaraq çox böyük, dinc yürüş oldu. Bizdə, Portland və digər yerlərdə olan mitinqlər isə anarxist xarakterli idi”, – deyə ABŞ Prezidenti bildirib/APA.