XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

18 Avqust 2020 - 22:02

Çempionlar Liqası:"Qarabağ" 4 qolla növbəti mərhələyə adladı

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sileks”lə qarşılaşıb.

Strateq.az xəbər verir ki, oyunun  11-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Xayme Romero hesabı açıb – 1:0.

40-cı dəqiqədə “Qarabağ”ın futbolçusu Donald Gerye 2-ci topu rəqibin qapısından keçirib – 2:0.

İkinci yarıya da sürətli başlayan “Qarabağ” 51-ci dəqiqədə üstünlüyünü 3 topa çatdırıb. Gerye dubl edib. Oyunda son nöqtəni isə Mahir Emreli qoyub.

80-ci dəqiqədə Filip Ozobiçin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan hücumçu dəqiq zərbə ilə komandasının böyükhesablı qələbəsini rəsmiləşdirib – 4-0.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. “Sileks” isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.