İstanbulun İstiqlal küçəsində partlayış baş verib.
Strateq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, partlayışda yaralıların olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb olunub.
Hələ ki, İstanbulda baş verən partlayışın səbəbi bilinmir.
CNN-in yaydığı məlumata görə, 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Hazırda küçəyə giriş-çıxış bağlanıb. Partlayışa səbəb isə canlı bomba olaraq göstərilir.
İstanbul valisi Vasip Şahin bildirib ki, ölənlərin sayı 4, yaralıların sayı isə 20-dən artıqdır. Vali deyib ki, canlı bombanın əsl məqsədi partlayışı başqa yerdə törətmək törətmək olub, ancaq hədəfinə çatmadan partlayış törədilib.
***
14.10.
Terror aktı ilə bağlı olaraq olay yerindən canlı yayım verilməsi yasaqlanıb. Küçə tamamilə qapadılıb. İş yeri bu küçədə olanlar uzaqlaşdırılıb.