XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

20 Avqust 2020 - 10:31

Litva Lukaşenkonun girişinə qadağa qoydu- "Qara siyahı"da daha 31 Belarus məmuru var

Litva Xarici İşlər Nazirliyi Belarus Prezidenti Aleksandr Lukaşenkonu ölkəsinə girişi qadağan edilmiş şəxslər siyahısına daxil edib.

“Report” “Delfi” yə istinadən xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər naziri  Linas Linkyaviçus məlumat verib.

Bildirib ki, Litva Belarusdan olan daha 31 məmurun ölkəyə girişinə qadağa qoyub.

Siyahı artıq Litva Daxili İşlər Nazirliyinə təsdiq üçün təqdim edilib.

Qeyd edək ki, Litva Seymi fövqəladə iclas zamanı Belarusdakı prezident seçkilərinin nəticələrini və Aleksandr Lukaşenkonu qanuni lider kimi tanımayan qətnamə qəbul edib.