XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 Avqust 2020 - 10:26

Əli Həsənovun vəziyyəti ağırlaşdı- Təcili Türkiyəyə aparıldı

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və təcili olaraq Türkiyəyə yola salınıb. 

Ailə üzvlərinin verdiyi məlumata görə, son bir neçə həftə ərzində Ə.Həsənovun ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlamış və ev şəraitində müalicə almışdı.

Dünən gecə isə səhhəti qəflətən pisləşdiyinə görə Türkiyəyə yola salınıb və xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Ə.Həsənov ciddi ürək çatışmazlığından, kəskin aritmiya və damar keçirməzliyindən əziyyət çəkir.

Qeyd edək ki, Ə.Həsənov 2013-cü ildə infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılıb və bir ayın içərisində iki dəfə açıq ürək əməliyyatı edilib. (Vətəninfo.com)