XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Avqust 2020 - 18:03

Peskovdan Navalnının səhhəti haqda açıqlama:"Bilirik ki, o, ağır vəziyyətdədir"

Kremldə müxalif Aleksey Navalnının tezliklə sağalmasını arzulayırlar.

Məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Kütləvi informasiya vasitələri bu haqda çoxlu məlumat yayıb. Biz də bu məlumatları oxuyuruq. Bilirik ki, o, ağır vəziyyətdədir. Həkimlər hazırda əllərindən gələni edirlər. Omskun ən yaxşı həkimləri cəlb olunub. Bildiyimiz qədəri ilə həkimlər teletibb xidmətindən istifadə edirlər və Moskvadan olan mütəxəssislərlə konsilium keçirirlər. Əlbəttə ki, ölkəmizin hər bir vətəndaşı kimi, onun da tezliklə sağalmasını arzulayırıq”, – deyə D. Peskov vurğulayıb.

O, A. Navalnının zəhərlənməsi ilə bağlı iddialara da münasibət bildirib. D. Peskov qeyd edib ki, əgər A. Navalnının zəhərləndiyi təsdiqlənərsə, məsələ araşdırılacaq/APA.

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnı Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib. Müxalifət lideri huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra A. Navalnının komaya düşdüyü və süni nəfəs aparatına qoşulduğu bildirilib.