XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 11:49

Ermənilər atəşkəs rejimini 35 dəfə pozub –Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əsrik Cırdaxan, Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində, Sisian rayonunun Arevis kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəfsə kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Novruzlu və Mərzili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.