XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2020 - 12:11

Əmlak etibarnaməsi mülkiyyət hüququ vermir –Ədliyyə Nazirliyi

Hər hansı əmlaka etibarnamə verilirsə, bu, həmin şəxsə əmlakla bağlı mülkiyyət hüququ vermir.

Bunu Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov deyib.

Onun sözlərinə görə, etibarnamə əmlaka yalnız təmsilçilik hüququ verir: “Bu hüquq mülkiyyətçinin dəyişməsinə, əmlak üzərində bütünlükdə sərəncamvermə hüququ yaratmır. Əmlak üzərində tam mülkiyyət hüququna sahib olmaq üçün mütləq şəkildə alqı-satqı, bağışlama və s. müqavilələr bağlanmalıdır”.